Ru
11:17 / 23 Noyabr 2024

Baydenin özünü təqdim etməsi maraqla qarşılandı - “Mən Co Baydenin əriyəm"

Baydenin özünü təqdim etməsi maraqla qarşılandı - “Mən Co Baydenin əriyəm"
Eye

ABŞ-nin hazırkı Prezidenti Co Bayden Ağ Evdə çıxışı zamanı özünü “Baydenin əri” adlandırıb.

Bakupost.az xəbər verir ki, dövlət başçısının çıxışı “C-SPAN” telekanalı vasitəsilə canlı yayımlanıb.

“Mən Co Baydenin əriyəm. Bu, mənim ən qürur duyduğum tituldur”, - deyə ABŞ lideri qonaqları salamlayaraq bildirib.

Siyasətçi, həmçinin həyat yoldaşı Cil Bayden haqqında danışaraq onu sevdiyini söyləyib.

Qeyd edək ki, Co Bayden bir müddət əvvəl Ukrayna lideri Volodimir Zelenskini “Prezident Putin” kimi təqdim etmişdi. O, Vaşinqtonda NATO sammiti çərçivəsində Zelenskini səhnəyə dəvət edərkən bu səhvə yol vermişdi. Səhvini dərhal anlayan ABŞ lideri bunu “fikrini Putin üzərində qələbəyə həddindən artıq yönəltməsi” ilə əsaslandırmışdı.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar