Bayram gecəsi yolun kənarında dayanan piyada canından olub.
Bakupost.az xəbər verir ki, hadisə Tovuz rayonunun Əlimərdanlı kəndində qeydə alınıb.
Belə ki, magistral yolda hərəkət edən “BMW” və "VAZ-2107" markalı avtomobillər toqquşub.
Zərbənin təsirindən aşan “BMW” yolun kənarında dayanan 69 yaşlı Həmid Tağıyevi vurub.
Ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb. Toqquşan avtomobillərdə olan 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.