Ru
12:16 / 06 Yanvar 2025

Bayram günlərində 14 nəfər alkoqollu içkidən zəhərləndi - KTM

Bayram günlərində  14 nəfər alkoqollu içkidən zəhərləndi - KTM
863

Bayram tətili günlərində (30.12.2024-06.01.2025-ci il tarixinə qədər) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 40 müraciət daxil olub.

Bakupost.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Müraciət edənlərdən 14-ü alkoqol , 5-i dərman, 10-u dəm qazı, 5-i allergik reaksiya, 2-si botulizm, 4-ü isə sirkə turşusundan zəhərlənən şəxslərdir.

Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar