Ru
09:39 / 18 Mart 2025

Bayram günlərində bu banklar işləyəcək - Siyahı

Bayram günlərində bu banklar işləyəcək - Siyahı
Eye

20-31 mart qeyri-iş günlərində ölkədəki bankların filial və şöbələri, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin şöbələri və valyuta mübadiləsi məntəqələri fəaliyyət göstərəcəklər.

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 17 bankın 212 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt”un 30 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 8 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 2-si 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.

Bayram günlərində fəaliyyət göstərəcək bankların filial və şöbələrinin, “Azərpoçt”un satış nöqtələrinin və valyuta mübadiləsi məntəqələrinin iş qrafiki ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:

https://uploads.cbar.az/press-releases/046ea175d0808c24cff95ca15.pdf

https://uploads.cbar.az/press-releases/fda46b8b074a19358596848be.pdf

https://uploads.cbar.az/press-releases/fda46b8b074a19358596848be.pdf

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar