Hansı bank etibarlıdır? - SORĞU
Ru
20:00 / 20 Aprel 2023

Bayram günü necə qidalanmalıyıq? - Açıqlama

26150
“İnsanlar bəzən doğru bildikləri yanlışlarla sağlamlıqlarına ziyan vurur. Orucluğun əsas mahiyyəti sağlamlıqdır. Ona görə bayram süfrəsində də sağlam qidalar olmalıdır".



Bu sözləri qida texnoloqu Ağa Salamov Bakupost.az -a "bayram süfrəsində nələrin olması məsələhətdir" sualına cavab verərkən qeyd edib.

Onun fikrincə, hər kəs süfrəyə Azərbaycan milli mətbəxindən ürəyi istəyən yeməkləri düzə bilər:

"Amma qida rasionunu aşmamaq şərti ilə. Balanslı qidalanmaq lazımdır. Birdən-birə ağır yeməklər yemək məsələhət deyil".

Ağa Salamovun sözlərinə görə, bayram süfrəsində liflə zəngin qidalara üstünlük verilməlidir:

“İlk növbədə, şorba yeyilməlidir. Şorba liflərlə zəngindir. Şorbadan sonra isə yüngül qarnirlərə üstünlük verilə bilər. Mövsümi tərəvəzlərdən hazırlanmış pürelər, yaxud qaynadılmış tərəvəzlər istifadə edilə bilər. Tərəvəzlər liflərlə zəngindir, yüngüldür, bağırsaq florasına da böyük faydaları var. Ana yeməkdə toyuq ətinə üstünlük verilə bilər. Toyuq kotleti, sobada bişmiş toyuq ola bilər. Amma bunu yeyəndə də balansı qorumaq lazımdır. Çörəklə birlikdə yemək düzgün deyil. Çörəkdən az istifadə olunmalıdır. Yeri gəlmişkən, çörək də lifli, tam buğda unundan olmalıdır ki, mədədə həzm olunsun”.

Mütəxəssis vurğulayıb ki, çox yemək bir sıra fəsadlarla nəticələnir:

“Yanlışlardan biri də odur ki, süfrəyə müxtəlif çeşidli yemək düzürük. 3 cür dolma edirik. Birincisi, bu ,israfçılıqdır. İkincisi isə sağlamlığımıza ziyandır. Yeməkləri qarışdırmaq olmaz. Bu zaman qida dözümsüzlüyü, həzmsizlik, şişkinlik, ishal, köp və s. əmələ gəlir”.

A.Salamov süfrəyə düzülən qazlı suların ziyanı barədə də danışıb:

“Bəziləri düşünür ki, bayramdırsa, süfrəni qazlı, rəngli içkilərlə doldurmaq lazımdır. Amma bu, düzgün deyil. Onlarda fosfor turşusu var. O da mədə-bağırsaq sisteminin düşmənidir. Yaşlılarda sümük əriməsinə səbəb olur, uşaqlarda da inkişafa təsir edir. Ona görə də pH səviyyəsi 2.5 olan sulardan uzaq durmaq tövsiyə olunur. Mövsümi meyvələrdən hazırlanmış kompotlara üstünlük verilməlidir. Onlar liflər və minerallarla zəngindir. Eyni zamanda pH səviyyəsi 7.4 olan saf sular da süfrələrdə yer almalıdır”.

Aynur İbrahim
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar