Ru
20:52 / 28 Dekabr 2024

Bayram tortunda zəhərli metal: qadın iki bacısını öldürdü

Bayram tortunda zəhərli metal: qadın iki bacısını öldürdü
Eye

Braziliyada qadın Milad bayramı üçün hazırladığı tortla iki bacısı və qardaşı qızının ölümünə səbəb olub.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, 61 yaşlı Zeli Terezinya ailəvi bayram yeməyi üçün ənənəvi Milad tortu hazırlayıb. Lakin onun bacıları 58 yaşlı Maida və 65 yaşlı Neuza, həmçinin Neuzanın 43 yaşlı qızı Tatyana tortu yedikdən qısa müddət sonra vəfat ediblər.

Ailənin digər üç üzvü, o cümlədən Zeli özü və 10 yaşlı oğlan uşağı xəstələnərək xəstəxanaya yerləşdirilib.

Daha sonra məlum olub ki, ölən üç qadının bədənində zəhərli metal olan arsen izləri aşkarlanıb.

Polis faktla bağlı araşdırmalara başlayıb və sentyabr ayında qida zəhərlənməsindən öldüyü bildirilən Zelinin əri Paolo Luizin cəsədini də ekskumasiya etməyi planlaşdırır. Qurbanların qəsdən zəhərlənib-zəhərlənmədiyi hələ dəqiqləşdirilməyib.

Rəhman, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar