Ru
09:10 / 28 Sentyabr 2024

Bayramov Berbokla görüşdü - FOTO

821
Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində alman həmkarı Annalena Berbok ilə görüşüb.

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Sentyabrın 27-si baş tutan görüşdə Azərbaycan və Almaniya arasında mövcud ikitərəfli münasibətlər, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Qarşı tərəf, həmçinin Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi çərçivəsində görülmüş işlər barədə ətraflı məlumatlandırılıb.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesindən bəhs edən C. Bayramov, Ermənistan Konstitusiyası və qanunverici sənədlərində ölkəmizə qarşı davam edən ərazi iddialarının, habelə bu ölkənin sürətli silahlanmasının sülh gündəliyinə hədə törədən təhdidlər olduğunu diqqətə çatdırıb.

Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bayramov Berbokla görüşdü -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar