Sudanda Çevik Dəstək Qüvvələrinin Omdurman şəhərində bazara endirdiyi artilleriya zərbəsi nəticəsində 54 nəfərin öldüyünü, 158 nəfərin yaralandığını bildirib.
Bakupost.az xəbər verir ki, bu haqda ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsi ölkədəki qarşıdurmanın xəstəliklərin yayılmasına və səhiyyə sisteminin iflic olmasına səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
***
17:47
Sudanın Omdurman əyalətində yerləşən bazarda baş verən partlayış nəticəsində azı 40 nəfər həlak olub.
Bakupost.az xəbər verir ki, bu barədə “Agence France-Presse” agentliyinə tibbi mənbələrdən məlumat verilib.
Mənbədən əlavə olaraq bildirilib ki, bu partlayışa Çevik Dəstək Qüvvələri ilə atışma səbəb olub.
Qeyd edək ki, Sudanda 2023-cü ilin sonlarından başlayaraq ölkənin Suveren Şurasının sədri və ordu komandanı Əbdül Fəttəh al-Burhan ilə Çevik Dəstək Qüvvələrin komandanı Məhəmməd Xamdan Daqlo arasında fikir ayrılığı yaranıb. Bu da toqquşmalara səbəb olub.