Ru
19:00 / 07 Fevral 2025

"Bazarın inhisarlaşdırılmasına son qoyulmalıdır" - İqtisadçı

"Bazarın inhisarlaşdırılmasına son qoyulmalıdır" - İqtisadçı
607


“Ölkədə özəl biznes zəif inkişaf edib. Ona görə də məşğulluq bazarında vəziyyət buna uyğundur. Vəziyyətin yaxşılaşdırılması üçün ən yaxşı variant sahibkarlığın inkişafına şərait yaradılmasıdır. Bunun üçün isə mülkiyyət hüquqları təkcə qanunlarda deyil, həm də reallıqda təmin olunmalıdır”.

Bunu Bakupost.az -a iqtisadçı ekspert Akif Nəsirli deyib.


Onun sözlərinə görə, ilk növbədə bazarın inhisarlaşdırılması problemini həll etmək, əlverişli biznes mühiti yaratmaq və mülkiyyət hüquqlarına təminat vermək lazımdır. Sahibkarlar bu hüququn toxunulmazlığına arxayın olmalıdırlar:

"Müstəqil məhkəmələr lazımdır ki, sahibkarlar öz hüquqlarının pozulmasını sübut edib, ədaləti bərpa etsin. Burada yerli və xarici iş adamları arasında yaranan əsas problemləri aradan qaldırmaq da vacibdir. Həyata keçirilən tədbirlərin, atılan addımların daha effektiv xarakter daşıması üçün başlıca hədəf olaraq inhisarçılığın aradan götürülməsi, rəqabət şəraitinin geniş şəkildə təmin olunması mütləq dərəcədə vacib sayılır. Hesab edirəm ki, sahibkarlığın inkişafında əsas məqsəd də məhz bundan ibarət olmalıdır".

Sevinc,
BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar