Beynəlxalq Cinayət Məhkəməsi ABŞ-ın tətbiq etdiyi sanksiyalara baxmayaraq fəaliyyətini davam etdirəcəyini bildirib və bu tədbirləri sərt şəkildə qınayıb.
Bakupost.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
"Beynəlxalq Cinayət Məhkəməsi ABŞ-ın öz rəsmilərinə sanksiya tətbiq edən və məhkəmənin müstəqil, qərəzsiz işinə xələl gətirən sərəncamın verilməsini pisləyir” - deyə sənəddə qeyd olunub.
Bəyanatda, həmçinin Avropa İttifaqına üzv 125 ölkə, vətəndaş cəmiyyəti və dünya "ədalət və fundamental insan hüquqları uğrunda birləşməyə" çağırılır.
Lalə, BakuPost