Terrorsuz Türkiyə hədəfində qətiyyətliyik. Hər kəsin dinc yaşadığı firavan ölkə quracağıq.
Bakupost.az . Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı münasibətilə AKP təşkilatlarına göndərdiyi bayram təbrikində bildirib.
“Türkiyə 40 ildir ayağına vurulan qandallardan xilas olacaq. Bələdiyyələrə osminoq kimi sarılan cinayət şəbəkələri ifşa olunacaq. Küçə terroru bu soyğunçuluğu pərdələmək cəhdidir. Millətimiz tələyə düşmədi. Millətimiz oyunu gördü və provokasiyaya getmədi”, - Türkiyə lideri vurğulayıb.