Ru
21:42 / 21 Yanvar 2025

Berbok andiçmə günü Trampı tənqid edib

Berbok andiçmə günü Trampı tənqid edib
Eye

Almaniyanın Xarici İşlər Naziri Annalena Berbok ABŞ prezidenti Donald Trampın andiçmə mərasimindəki çıxışında onun Panama kanalını yenidən nəzarət altına almaqla bağlı açıqlamalarını "qəbuledilməz" adlandırıb.

Bakupost.az xəbər verir ki, bu barədə RBB teleradio şirkəti bildirib.

Jurnalistlər xarici siyasət idarəsinin rəhbərindən Trampın Panama kanalı və NATO-nun üzvü olan Danimarkanın nəzarətindəki Qrenlandiya ilə bağlı bəyanatlarını şərh etməyi xahiş ediblər.
“NATO üzvünə və ya digər dövlətlərə qarşı hər hansı təhdid, əlbəttə ki, tamamilə qəbuledilməzdir. Söhbət Trampın nəyi necə deməsindən yox, nə üçün deməsindən gedir,” - deyə Berbok vurğulayıb.

Berbok qeyd edib ki, Almaniyada Donald Trampın ikinci müddətə seçiləcəyi ilə bağlı heç bir illüziya yox idi.

Bundan əvvəl “Der Spiegel” jurnalı yazmışdı ki, Avropa və dünyanın qalan hissəsi ABŞ prezidenti Donald Trampın ikinci müddətə seçiləcəyi ilə bağlı heç bir illüziyalara qapılmamalıdır, çünki onun andiçmə mərasimindən sonrakı hərəkətləri daha əvvəl verdiyi vədləri təsdiqləyib.

Lalə, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar