Ru
10:57 / 19 Mart 2025

Bərdədə 17 yaşlı qız özünü kanala atdı - YENİLƏNİB

Bərdədə 17 yaşlı qız özünü kanala atdı - YENİLƏNİB
Eye

Bərdədə 17 yaşlı qız kanalda batıb

Bu barədə Bakupost.az -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.


Bildirilib ki, nazirliyin “112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda batdığı ehtimal olunan 2008-ci təvəllüdlü Xəlilova Gülçin Cəfər qızının axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.

****
9:57

Bərdədə intihar hadisəsi baş verib.

Bakupost.az -ın məlumatına görə, hadisə Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, kanalda batan gənc qadın intihar məqsədi ilə bu addımı atıb.
Hazırda hadisə yerinə FHN-nin dalğıc axtarış qrupu cəlb olunub.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar