Ru
23:54 / 22 Fevral 2025

Bərdədə ağır qəza: Ölən və xəsarət alanlar var - FOTO+YENİLƏNİB

Bərdədə ağır qəza: Ölən və xəsarət alanlar var - FOTO+YENİLƏNİB
1498

Xəbər verdiyimiz kimi, Bərdədə "Lada" markalı minik maşınının aşması nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Bakupost.az -ın xəbərinə görə, baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2 nəfər (hər biri kişi cinsli olmaqla) Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

1995-ci il təvəllüdlü şəxs aqonal vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

1999-cu il təvəllüdlü şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

Hadisə nəticəsində 1 nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

***
23:14

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az -ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Cəyirli kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Lada" markalı minik maşını idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində sürücü 2003-cü il təvəllüdlü İsgəndərov Binnət Taleh oğlu həyatın itirib.

Maşında olan sərnişinlər İsgəndərov Davud və Allahverdiyev Elmir müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.






Bərdədə ağır qəza: Ölən və xəsarət alanlar var - FOTO+YENİLƏNİB
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar