Ru
11:53 / 29 Mart 2025

Bərdədə dəhşətli hadisə - kotanın altında qalıb öldü

Bərdədə dəhşətli hadisə - kotanın altında qalıb öldü
Eye

Laçın rayonunun Qorçu kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Xəyyam Yaşar oğlu traktorun kotanı altında qalaraq ölüb.

Bakupost.az -ın teleqraf-a istinadən əldə etdiyi xəbərə görə, hadisə martın 28-də axşam saatlarında onun müvəqqəti məskunlaşdığı Bərdə rayonunun Xamtorpaq adlanan ərazində məcburi köçkünlər üçün salınan qəsəbədə yerləşən fermada baş verib.

X.Məmmədov fermada həm çobanlıq edirmiş, həm də traktor işlədirmiş. O, texnikaya baxış keçirmək üçün həyətdə saxlayıb və kotanın altında yağlama işləri aparmağa başlayıb. Bu zaman traktor hərəkətə düşüb və X.Məmmədov kotanın altında qalaraq faciəvi şəkildə dünyasını dəyişib.

O, 3 azyaşlı övlad atası idi. X.Məmmədovun iki əlil qardaşı var. Valideynləri isə yaşlıdır. O, ailənin yeganə qazac gətirən üzvü idi.

Mərhum bu gün Bərdə şəhərində yerləşən qəbiristanlıqda dəfn olunacaq.




Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar