Ru
18:58 / 07 Dekabr 2024

Bəşər Əsəd haradadır? – İrandan açıqlama

Bəşər Əsəd haradadır? – İrandan açıqlama
Eye

Suriya Prezidenti Bəşər Əsədin ölkədən getdiyi ilə bağlı məlumatlar doğru deyil.

Bakupost.az Axar.az-a istinadla xəbər verir ki, bunu İran parlamentinin milli təhlükəsizlik komitəsinin üzvü Yaqub Rzazadə deyib.

Onun sözlərinə görə, İran dini liderinin müşaviri və Məsləhət Şurasının üzvü Əli Laricani dünən Dəməşqdə Bəşər Əsədlə görüşüb:

“Suriyadan gələn xəbərlər yaxşı deyil. Rusiya ilə əlaqə saxlayırıq. Türkiyə və İraq kimi Suriyaya qonşu ölkələrlə də danışıqlar aparırıq. Ümid edirəm ki, Əli Laricaninin Dəməşqə səfəri və Dohada Astana danışıqları ilə Suriyada siyasi həll yolu tapılacaq. Əsəd və ailəsinin Suriyanı tərk etməsi ilə bağlı iddialar doğru deyil”.

Qeyd edək ki, ötən gün Suriya Prezidenti Bəşər Əsədin ailəsi ilə birlikdə ölkədən getdiyi barədə məlumatlar yayılmışdı. “Voll Strit Jurnal” nəşri də Əsədin ötən həftə Rusiyaya səfəri zamanı arvadı və uşaqlarını özü ilə apardığını, amma geriyə tək qayıtdığını yazıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar