Ru
12:22 / 20 Dekabr 2024

Bəşər Əsədin arvadı boşanmaq İSTƏYİR

Bəşər Əsədin arvadı boşanmaq İSTƏYİR
Eye

Suriyanın devrilmiş lideri Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd sığındıqları Moskvadakı həyat şəraitindən məmnun deyil.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı Rusiya KİV-i yayıb.

Bildirilir o, Londona gedə bilmək üçün ərindən boşanmaq istəyir.

İngiltərənin paytaxtı Londonda doğulan, bankçılıq karyerasını geridə qoyan Əsma Əsəd Britaniya vətəndaşı olduğu üçün Rusiya məhkəməsinə müraciət edərək, Moskvanı tərk etmək üçün xüsusi icazə istəyib.

Qeyd edək ki, Suriyanın devrilmiş lideri Bəşər Əsədin sığınacaq istəyi Rusiya tərəfindən qəbul edilsə də, onun Moskvada hakimiyyət orqanları tərəfindən ciddi nəzarətə məruz qaldığı və paytaxtı tərk etməsinin, hər hansı siyasi fəaliyyətlə məşğul olmasının qəti qadağan edildiyi bildirilir.

Bəşər Əsədin aktivlərinə giriş də Rusiya hakimiyyəti tərəfindən dondurulub. Bu vəziyyət Əsəd ailəsinin maddi gücünü və yaşayış şəraitini ciddi şəkildə məhdudlaşdırır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar