Suriya Mərkəzi Bankının rəhbəri vəzifəsini icra edən Maysa Sabrin Suriyanın keçmiş lideri Bəşər Əsəd hökuməti ilə əlaqəli fiziki şəxslərin və şirkətlərin hesablarını dondurmaq qərarına gəlib.
Bakupost.az xəbər verir ki, bu barədə “Asharq” telekanalı məlumat yayıb.
Xəbərə görə, bu tədbirlər ABŞ-ın sanksiya siyahısına daxil edilən və ötən il İsrailin Livan sərhədi yaxınlığındakı obyektə endirdiyi zərbə nəticəsində həlak olan iş adamı Məhəmməd Baraa əl-Qaterçiyə məxsus Qatirji Qrupuna da aiddir. Bankın təsdiq etdiyi hallar istisna olmaqla, bu qərarın təsirinə məruz qalan hesablardan nağd pulun çıxarılması və köçürülməsi qadağan ediləcək.
Sabrin ötən il dekabrın sonunda bu vəzifəyə təyin edilib və Suriya tarixində mərkəzi bankın rəhbəri postunu tutan ilk qadın olub.
Zaur, BakuPost