"Beşiktaş"ın italiyalı futbolçusu klubdan ayrıla bilər.
Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki , "Fiorentina" Şer Enduru komandasında görmək istəyir.
20 yaşlı futbolçunun hazırki dəyəri "Transfermarkt" portalına görə 4 milyon avrodur.
Qeyd edək ki, Şer Endurun "Beşiktaş"la müqaviləsi mövsümün sonunda bitəcək.
O, cari mövsümdə çıxış etdiyi 22 qarşılaşmada 1 qol və 2 assistlə yadda qalıb.