Ru
11:06 / 08 Oktyabr 2024

“Beyləqanlı İlham”ın milyonluq dələduzluq əməlləri – Tanınmış vəkildən şok iddialar

“Beyləqanlı İlham”ın milyonluq dələduzluq əməlləri – Tanınmış vəkildən şok iddialar
5053

“Bir neçə dəfə paylaşdığım fikri bir daha təkrarlayıram. Ölkədə tüğyan edən dələduzluğun arxasında hüquq-mühafizə və məhkəmə orqanları durur. Ona görə də istənilən peşəkar dələduz bilir ki, dələduzluq yolu ilə qazandığı pulları bu orqanlarla bölüşməklə məsuliyyətdən yayına bilər. Keçən dəfəki yazımda bildirmişdim ki, dediyim sözləri konkret faktlarla sübuta yetirəcəyəm”.




Bakupost.az xəbər verir ki, bu sözləri tanınmış vəkil Aslan İsmayılov bildirib.


Vəkil bildirib ki, İlham Qasımov adlı şəxs ("Beyləqanlı İlham", yaxud "Xələc İlham" kimi də tanınır) əvvəllər dələduzluğa görə həbs edilib və az müddət sonra azadlığa çıxıb, bu sahədəki fəaliyyətini daha da genişləndirib:


“İ.Qasımovun ayrı-ayrı insanların adlarına açdıqları MMC-lər bir mənzili bir neçə şəxsə satmaqla onlarla şəxsə milyonlarla manat ziyan vurub. Həmin MMC direktorlarının bəziləri rəhmətə gedib, bəziləri isə hazırda cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Ən azından mənə bu işlə bağlı bir neçə nəfər müraciət edib. Həmin işlərlə bağlı icra məmurları ilə danışdıqda bildiriblər ki, MMC-lər cürbəcür şəxslərin adlarına olsa da, onların hamısının sahibi və idarəedicisinin İ.Qasımov olduğunu hamı bilir, ancaq orqanlar MMC-nin İ.Qasımova aid olmadığını bəhanə edib onu cinayət məsuliyyətinə cəlb etmirlər. Bu isə həmin orqanların bilərəkdən İ.Qasımovu məsuliyyətdən kənarda saxlamalarına dəlalət edir. Çünki MMC-lərin başqa-başqa şəxslərin adına rəsmiləşdirilməsi məhz İ.Qasımov tərəfindən törədilmiş dələduzluq əməlidir”.


A.İsmayılov qeyd edib ki, sonuncu məşğul olduğu iş isə Prokurorluq orqanlarının vəzifələrindən sui-istifadə etdiyini göstərir:


“Belə ki, İ.Qasımov yenə də ona məxsus olmasına baxmayaraq, öz qohumu Adilağa Hüseynovun adına olan MMC vasitəsilə Gülnarə Fərəməzova adlı şəxsə 118 min manata mənzil satır. G.Fərəməzova aldığı mənzilin təmirinə 50 min manatdan artıq pul xərcləyir. Az sonra bəlli olur ki, bu mənzil daha əvvəl Şükürova Amaliya adlı şəxsə satılıb. Məhkəmə çəkişmələri zamanı A,Şükürova prosesləri udur və G.Fərəməzovanın evdən çıxarılmasına nail olur. Bu işdə G.Fərəməzova ən azından 200 min manat ziyana düşür”.





Vəkil vurğulayıb ki, cinayət işinin istintaqı uzun müddətdir, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılır:

“Dəfələrlə Baş İdarə rəisi Nazim Rəcəbovla, İstintaq İdarəsinin rəisi Mehman Hümmətovla, işi aparan müstəntiq Mirkamal Əliyevlə danışmışam və hər dəfə də mənə yaxın günlərdə tədbir görüləcəyini deyiblər. Bu günə qədər də heç bir tədbir görülməyib. “Beyləqanlı İlham” isə bu gün Beyləqanın mərkəzi bazarının yanında, Gülçülük deyilən 2 ha sahədə dəyəri milyonlarla manat olan Ticarət mərkəzinin tikintisini aparır.


Qeyd edim ki, hazırda İ.Qasımovun əvəzinə onun 2 MMC direktorundan biri Cahangirli Sahil Nazim oğlu 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Adını çəkmədiyim bir nəfər isə rəhmətə gedib”.


Elnur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar