Ru
19:25 / 26 Fevral 2025

Bəylər Əyyubova müavin təyin edilən Fərid Əsgərov kimdir? -DOSYE - FOTOLAR

Bəylər Əyyubova müavin təyin edilən Fərid Əsgərov kimdir? -DOSYE - FOTOLAR
3586

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Əyyubova yeni müavin təyin edilən polkovnik Fərid Əsgərovla bağlı yeni məlumatlar ortaya çıxıb.

Bakupost.az -ın Demokrat.az-a istinadən əldə etdiyi məlumata görə, bu vəzifəyə təyin olunana qədər Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Təlim və Tədris Mərkəzinin rəisi olmuş Fərid Əsgərov həm də peşəkar karate mütəxəssidir.

O, 2017-ci ildə Azərbaycan Karate Federasiyasının birinci vitse-prezidenti vəzifəsinə seçilib.

Fərid Əsgərov Azərbaycan Milli Karate Federasiyasının və idman növünün ölkəmizdə inkişafına öz töhfəsini verib.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar