Ru
07:07 / 13 Mart 2025

Beynəlxalq Ədalət Məhkəməsi İsraillə bağlı dinləmələrə başlayacaq

Beynəlxalq Ədalət Məhkəməsi İsraillə bağlı dinləmələrə başlayacaq
Eye

Beynəlxalq Ədalət Məhkəməsi aprelin 28-də İsrailin işğal olunmuş Fələstin əraziləri qarşısında öhdəlikləri ilə bağlı dinləmələrə başlayacaq.

Bakupost.az xəbər verir ki, bununla bağlı sənəd məhkəmənin saytında dərc olunub.

"Məhkəmə 28 aprel 2025-ci il bazar ertəsi günü Haaqadakı Sülh Sarayında açıq dinləmələr keçirəcək", - sənəddə deyilir.

Dinləmələrdə BMT-nin, digər beynəlxalq təşkilatların və üçüncü dövlətlərin işğal olunmuş Fələstin ərazisində mövcudluğu və fəaliyyəti ilə bağlı məsələ qaldırılacaq.

Mətndə vurğulanır ki, məhkəmə bir neçə ölkədən və beynəlxalq təşkilatdan ümumilikdə 45 yazılı ifadə alıb.

Sənəddə həmçinin Rusiyanın müvafiq ərizə verən ilk ölkələrdən olduğu qeyd olunub

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar