Ru
18:07 / 28 Aprel 2025

Beynəlxalq Məhkəmə İsarilə qarşı

Beynəlxalq Məhkəmə İsarilə qarşı
Eye

İsrail Qəzzaya yardımı dayandırmaqla beynəlxalq hüququ pozmaqda ittiham olunur. Bununla əlaqədar bir çox ölkələr arqumentlərini Beynəlxalq Ədalət Məhkəməsində təqdim edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə Reuters bildirib.

Qeyd olunur ki, martın 2-dən bəri İsrail Qəzzada 2.3 milyon sakinə bütün yardımı kəsib. İlin əvvəlində atəşkəs zamanı toplanan ərzaq ehtiyatları isə demək olar ki, bitib.

Almaniya, Fransa və Böyük Britaniya ötən həftə İsraili beynəlxalq hüquqa əməl etməyə və Qəzzaya humanitar yardımların maneəsiz keçməsinə icazə verməyə çağırıb. İsrail tərəfi isə bildirib ki, HƏMAS bütün əsirləri azad edənə qədər Qəzzaya mal və təchizatın daxil olmasına icazə verməyəcək.

ABŞ Prezidenti Donald Trump cümə günü İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzza ərazisinə ərzaq və dərmanların daxil olmasına icazə verməyə razılaşması üçün təzyiq göstərdiyini bildirib.

İsrail dəfələrlə Qəzzaya daxil olan humanitar yardımı HƏMAS-ın oğurladığını iddia edib. HƏMAS ittihamları rədd edib və ərzaq çatışmazlığına görə İsraili günahlandırıb.

Amin,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar