Ru
14:48 / 08 Fevral 2025

Beynəlxalq şirkətin Bakı ofisinin direktoru evində ölü tapıldı

Beynəlxalq şirkətin Bakı ofisinin direktoru evində ölü tapıldı
Eye

Fevralın 7-si saat 14.00 radələrində paytaxtın Səbail rayonunda fərdi yaşayış evində meyit tapılıb.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, vəfat edən şəxsin 1977-ci il təvəllüdlü Vadim Qriqorov olması müəyyənləşdirilib.

Mərhumun ölüm səbəbini öyrənmək məqsədi ilə müvafiq ekspertiza təyin olunub.

V.Qriqorov 1999-cü ildə Qərb Universitetinin (hazırda Qərbi Kaspi) politologiya ixtisasını bitirib. O, nəqliyyat sahəsində çalışan beynəlxalq "Larson Logistics" şirkətinin Xəzər regionu üzrə direktoru idi.

Ölüm faktı ilə bağlı araşdırma aparılır.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar