Beyonsub əri, reper Jay-Z (əsl adı Şon Kori Karter), musiqi prodüseri və ifaçı P.Diddinin (əsl adı Şon Kombs) təşkil etdiyi bir ziyafətdə azyaşlı qıza təcavüz etməkdə ittiham olunub.
Bakupost.az xəbər verir ki, bu barədə "5-ci Kanal" bildirib.
Məlumata görə, bloqer Anna Şou bildirib ki, reperin təqsiri sübuta yetirilərsə, məşhurların ailə həyatı təhlükə altına düşə bilər. O, ailəsini və reputasiyasını bu cür qalmaqallardan qorumaq üçün Beyonsun ərindən boşanma qərarı verəcəyinə əmin olduğunu bildirib.
"Beyons təkcə televiziya ulduzu deyil, həm də ikisi qız olmaqla üç uşağı olan bir anadır. Mən inanmaq istəyirəm ki, o, həqiqəti bildikdən sonra buna göz yuma bilməyəcək" - deyə Şou bildirib
Lalə, BakuPost