Ru
14:46 / 26 Fevral 2025

Bəzi ərazilərə qar yağır, güclü külək əsir - FAKTİKİ HAVA

Bəzi ərazilərə qar yağır, güclü külək əsir - FAKTİKİ HAVA
806

Hazırda ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Bakupost.az -a verilən məlumata görə, Qax, Zaqatala, Quba, Qusar, Xaltan, Şabran, Xaçmazda, eyni zamanda, Abşeron yarımadasının bəzi yerlərində arabir qar yağır.

Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyinin sürəti Laçında 21 m/s, Şahdağda 20 m/s, Daşkəsəndə 18 m/s, Kəlbəcərdə 17 m/s, Bakıda və Abşeron yarımadasında 16 m/s, Zaqatala, Şəki və Yardımlıda 15 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 9, Naxçıvan MR-da 3 dərəcəyədək isti, dağlıq rayonlarda 8, yüksək dağlıq ərazilərdə 15 dərəcəyədək şaxta qeydə alınıb.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar