Biləsuvar sakininin ov tüfəngindən ehtiyatsız davranması, onun ölümünə səbəb olub.
Bakupost.az -ın xəbərinə görə, 57 yaşlı İqbal Bağırov evinin həyətində əsəbləşib. Daha sonra o, ov tüfənginin qundağını yerə çırpıb. Bu zaman ov tüfəngindən açılan atəş, onun ölümünə səbəb olub.
Qeyd edək ki, İ.Bağırov Biləsuvar rayonunda yerləşən pambıq zavodlarının birində mexanizator vəzifəsində çalışıb.O, hadisə baş verən kəndin icra nümayəndəsinin qardaşıdır.
Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, saat 20:30 radələrində 1968- ci il təvəlüdlü (kişi cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına ölü vəziyyətdə gətirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.