Ru
19:01 / 11 Dekabr 2024

Biləsuvar xəstəxanasında ölən uşaqla bağlı rəsmi açıqlama

Biləsuvar xəstəxanasında ölən uşaqla bağlı rəsmi açıqlama
Eye

10 noyabr saat 17:30 radələrində 2020-ci il təvəllüdlü azyaşlı (qadın cinsli) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Bakuposr.az xəbər verir ki, bu barədə TƏBİB ötən gün Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişən 4 yaşlı N.Ə ilə bağlı məlumatında bildirib.

Bildirilib ki, ona ürək və tənəffüs çatışmazlığı diaqnozu qoyulub.

Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlıya zəruri tibbi müdaxilələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə dünən rayonuun Xırmandalı kəndində baş verib. Kənd sakini, 2020-ci il təvəllüdlü N.Ə-nin qəfil halının pisləşməsini görən valideynləri uşağı Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar