Ru
18:17 / 01 Mart 2025

Biləsuvarda 17 yaşlı oğlan qəza törətdi - Xəsarət alanlar var

Biləsuvarda 17 yaşlı oğlan qəza törətdi - Xəsarət alanlar var
Eye 873

Biləsuvar rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

Bakupost.az -ın xəbərinə görə hadisə, Biləsuvar- Bəhramtəpə avtomobil yolunun Nərimankənd kəndindən keçən hissəsində qeydə alınıb.

2008-ci il təvəllüdlü E.Muradlı atasına məxsus "Niva" markalı avtomobili idarə edərkən idarəertməni itirib, yol kənarındakı işıqlandırma dirəyinə çırpılıb. Daha sonra avtomobil aşıb.

Qəzada, sürücü və nəqliyyat vasitəsində sərnişin qismində olan 2011-ci il təvəllüdlü T.Əlizadə xəsarət alıblar. Hər iki şəxs təcili yardım vasitəsilə rayon xəstəxanasına çatdırılıb.

Yaralılara zəruri ilkin tibbi yardım göstərilib. Sürücünün xəsarəti yüngül olduğundan ambulator müalicəyə buraxılıb. Qapallı kəllə beyin travması alan T.Əlizadə daha sonra ixtisaslaşmış xəstaxanalardan birinə yola salınıb.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar