Ru
15:13 / 10 Fevral 2025

Biləsuvarda bullinqə məruz qalan şagird özünü öldürdü - DETALLAR

Biləsuvarda bullinqə məruz qalan şagird özünü öldürdü - DETALLAR
Eye

Biləsuvarda baş verən intihar hadisəsinin təfərrüatı məlum olub.

Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, özünü öldürən Simuzər Heydərova 11-ci sinif şagirdi olub.

Onun məktəbdə bullinqə məruz qaldığı iddia edilib. Qeyd edilib ki, Simuzər sinif yoldaşları tərəfindən ələ salınırmış. O, dərslərində kifayət qədər yaxşı nəticə göstərib.

Qeyd edək ki, hadisə 8 fevral gecə saatlarında məcburi köçkünlər üçün tikilən 6 saylı qəsəbədə baş verib.

17 yaşlı Simuzər Yaşar qızı Heydərova yaşadığı evin həyətində özünü asıb.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar