Ru
10:13 / 25 Fevral 2025

Biləsuvarda dəm qazından zəhərlənən 6 nəfərin son durumu - YENİLƏNİB

Biləsuvarda dəm qazından zəhərlənən 6 nəfərin son durumu - YENİLƏNİB
719

Biləsuvarda dəm qazından zəhərlənənlərin son vəziyyəti açıqlanıb.

Bakupost.az xəbər verir ki, TƏBİB-dən bildirilib ki, dəm qazından zəhərlənmə şübhəsilə 6 nəfər (5-i qadın, 1-i kişi olmaqla) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.


Onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

********

Biləsuvarda 6 nəfər dəm qazından zəhərlənib.

Bakupost.az xəbər verir ki, hadisə rayonun Çaylı kəndində baş verib.

Kənd sakinləri Əmirova Səidə Fazil qızı, Ağayev Saleh Əvəz oğlu, Ağayeva Sevda Əvəz qızı, Ağayev Əli Cabir oğlu, Ağazadə Zümrüd İzzət qızı və Ağayeva Gülay Cabir qızı yaşadıqları fərdi yaşayış evində dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar