Biləsuvar rayonunun Arazbarı kəndində yerləşən soyuducu anbara baxış keçirən zaman yıxılaraq ölən şəxs - 1976-cı il təvəllüdlü Quluyev Fövzi Manaf oğlu Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müqavilə əsasında cəlb edildiyi mütəxəssis olub.
Bakupost.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
***
Biləsuvar rayonunda FHN-in əməkdaşının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Bakupost.az "Report"a istinadla xəbər verir ki, hadisə Arazbari kəndində yerləşən soyuducu anbarda qeydə alınıb.
Belə ki, Bakı şəhər Suraxanı qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Quluyev Fövzi Manaf oğlu həmin obyektdə xidməti vəzifəsinin icrası ilə bağlı baxış keçirən zaman hündürlükdən yıxılıb.
***
Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.