Ru
19:15 / 22 May 2024

Biləsuvarda şagirdlər bir-birinə xəsarət yetirdilər

Biləsuvarda şagirdlər bir-birinə xəsarət yetirdilər
2090

Sosial şəbəkələrdə Biləsuvar rayon İsmətli kənd Xanlar Qafarov adına tam orta məktəbin 8-ci sinif şagirdinin xəsarət alması ilə bağlı məlumatlar yayılıb.

Şirvan-Salyan Regional Təhsil İdarəsindən Bakupost. az -a verilən məlumata görə, 21 may tarixində dərnək məşğələsindən çıxıb evə gedən zaman şagirdlərdən biri öz sinif yoldaşına ehtiyatsızlıqdan xəsarət yetirib.

"Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılıb, hüquq-mühafizə orqanlarına məlumat verilib. Biləsuvar rayon Təhsil sektorunun əməkdaşları tərəfindən məktəbliyə baş çəkilib, valideyn və şagirdlə söhbət aparılıb. Hazırda şagirdin səhhətində ciddi problem yoxdur" - RTİ-nin açıqlamasında qeyd edilib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar