Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Bakupost.az xəbər verir ki, hadisə köhnə Bakı-Astara magistralının rayonun Əsgərabad kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ 2115" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.