Bilgəh qəsəbəsində yerləşən yaşayış evi 12 000 000 manata satışa çıxarılıb.
Bakupost.az Bina.az-a istinadən xəbər verir ki, 12 otaqdan ibarət evin ümumi sahəsi 1600 kv metr təşkil edir.
Klassik üslubda tikilmiş müasir rezidensiya Bilgəh kəndində yerləşir. Elanda qeyd edilir ki, ev kəndin ən bahalı küçəsindədir. Yaşayış 100 sot ərazidə 2 mərtəbədən ibarətdir. Villanın meyvə və dekorativ ağacları olan bağı var.