Ru
19:03 / 08 İyul 2024

Bilgəhdə çətənə yetişdirənlər saxlanıldı

Bilgəhdə çətənə yetişdirənlər saxlanıldı
Eye

Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli çətənə kollarının kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.

Bu barədə Bakupost.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Vurğulanıb ki, Bilgəh qəsəbə sakinləri 1969-cu il təvəllüdlü Fərhad Muradov və əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Həsən Novruzov saxlanılıblar. Onların həyətyanı sahələrindən xüsusi qulluq edərək yetişdirdikləri ümumi çəkisi 20 kiloqram olan 40 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar davam etdirilir.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar