Ru
12:55 / 05 Yanvar 2025

Bilin ki, bunun hesabı çox ağır olacaq! - Deputatdan gənclərə TÖVSİYƏ

Bilin ki, bunun hesabı çox ağır olacaq! - Deputatdan gənclərə TÖVSİYƏ
1659

Milli Məclisin deputatı Ceyhun Məmmədov yeni tövsiyələrini gənclərlə bölüşüb. “İnanıram ki, bu tövsiyələr sizin üçün maraqlı və faydalı olacaq”, - deyə o bildirib.

Bakupost.az Modern.az-a istinadən millət vəkilinin gənclərə tövsiyələrini təqdim edir:

1. Yeni ildə özünüzə yeni hədəf və məqsədlər müəyyənləşdirin, onların həyata keçməsinə çalışın.

2. İradənizi hər zaman gücləndirin. Bilin ki, iradəsi zəif insanlar həyatda heç zaman uğur qazana bilməzlər.

3. Qətiyyətli olun. Verdiyiniz qərarların həyata keçməsi üçün səylə çalışın.

4. Nizamlı, sistemli və dəqiq olun. Həyatda uğurlu insan olmaq üçün bu çox önəmlidir.

5. Zəhmətkeş olun, işdən qorxmayın, ortada yeyib qıraqda gəzənlərdən olmayın.

6. Uca Yaradanın bizə bəxş etdiyi ən dəyərli nemətlərdən biri olan zamanınızın dəyərini bilin.

7. Uca Tanrının bizə bəxş etdiyi ən dəyərli nemətlərdən biri olan sağlamlığınızın dəyərini bilin.

8. Heç zaman şəxsi mənafeyi ictimai mənafedən üstün tutmayın. Cəmiyyətlər fərdlər şəxsi mənafeyi ictimai mənafedən üstün tutanda məhvə düçar olur.

9. Dedi-qodudan, qeybətdən, söz aparıb-gətirməkdən uzaq olun. Bilin ki, bunun hesabı çox ağır olacaq.

10. İsrafdan uzaq olun. Bilin ki, dinimizdə israfçı insanlar şeytanın qardaşları kimi vəsf olunurlar

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar