Hansı bank etibarlıdır? - SORĞU
Ru
00:30 / 26 İyul 2024

Bill Geyts havadan və sudan kərə yağı hazırladı - VİDEO

7743
Kaliforniyada yeni növ yağ alınması üzrə startapı qazanan Savor şirkəti Bill Geytsdən maliyyə dəstəyi alıb.

Bakupost.az xəbər verir ki, startap karbon qazı və sudan kərə yağına bənzər yağ alınması metodu üzərində işləyir.
Savor termokimyəvi prosesi patentləşdirib, layihə uğurlu olarsa süd olmadan alternativ süd məhsulları və kərə yağı almaq olacaq. Onlar süni yağ molekulları ilə kəsmik, dondurma, pendir və s. ala biləcəklər.


Bu məhsullar orijinal qidadan dadı və teksturuna görə fərqlənmir.


Faydaları ondan ibarətdir ki, maldarlıqdakı kimi havaya istixana və ferma qazları buraxılmır, təbiətə zərər vurulmur.


Şirkət hələ ki, məhsulu bazara çıxarmağa tələsmir, rəsmi icazə tələb edilir. Amma 2025-ci ildən ilk sintez olunmuş kərə yağı və dondurma təqdim ediləcək. Bill Geyts yağın dadına baxıb və kərə yağından fərqlənmədiyini deyib.
“Onların uğuru ondadır ki, bütün yağların karbon və su atomları zəncirindən ibarət olduğunu anlayıb bu istiqamətdə getdilər.


İndi bitki, heyvan istifadə olunmadan yağ, süd hazırlamaq olacaq. Digər müsbət tərəfi qiymətinin daha sərfəli olmasıdır” – deyə Geyts bildirib.



Aygün Musayeva
BakuPost
Şərhlər
  • Elnur İsmayılov

    2020 çi ildə Bil Qeyts demişdi:''Dünya məhvə gedir.İnsanların sayı çoxdur.Lazım gəlsə dünyanı xilas etmək üçün insanları soy qırım etməliyik.""

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar