Microsoft-un həmtəsisçisi Bill Qeyts 2024-cü ildə onu ən çox təsirləndirən kitabların siyahısını paylaşıb.
Bakupost.az xəbər verir ki, bu siyahıya texnologiya, idman, tarix və uşaqların tərbiyəsi ilə bağlı əsərlər daxildir.
Qeyts süni intellekt haqqında ən yaxşı kitab olaraq Mustafa Süleymanın “Gələn Dalğa”( The Coming Wave) əsərini qeyd edib. Müəllif bu kitabda yeni texnologiyaların müasir dünyaya təsirindən bəhs edir.
O, həmçinin Qreydi Hillhaunun “Sadə şəkildə mühəndislik” (“Engineering in Plain Sight”) kitabının da adını çəkib. Bu əsər mobil qüllələrdən tutmuş kabel qutularına qədər adi infrastruktur obyektlərinin necə işlədiyi haqqında maraqlı bir kitabdır.
Bioqrafiyalar arasında isə Qeytsə Doris Henkelin məşhur tennisçi Rocer Federer haqqında yazdığı “Federer” kitabı xüsusi təsir bağışlayıb. Bundan əlavə, o, prezidentlər Kennedi və Consonun müşaviri Riçard Qudvinə həsr olunmuş Doris Kerns Qudvinin “Bitməmiş sevgi hekayəsi” (“An Unfinished Love Story”) adlı kitabını da qeyd edib.
Uşaqlarla və yeniyetmələrlə işləyənlər üçün Qeyts Conatan Haydın “Narahat nəsil” (“The Anxious Generation”) kitabını tövsiyə edib. Onun sözlərinə görə, bu kitab ona uşaqlığa fərqli baxış tərzi qazandırıb.
Bill Qeytsin kitab siyahısı hər zaman böyük maraq doğurur və bu əsərlər artıq ədəbiyyat həvəskarları arasında müzakirə mövzusuna çevrilib.
Lalə Novruz, BakuPost