Hansı bank etibarlıdır? - SORĞU
Ru
17:08 / 24 Avqust 2024

Binəqədi, Xəzər, Nərimanov və Yasamalın namizədləri: kim daha şanslıdır?

10159
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Hazırda namizədlər təbliğat-təşviqat kampaniyasını davam etdirirlər.

Ötən yazımızda ilk 10 dairədə namizədlərin şanslarını dəyərləndirmişdik.


Bəs, digər dairələrdə vəziyyət necədir?

Bakupost.az daha 10 dairədə kimlərin qalib gələ biləcəyi ilə bağlı proqnozunu təqdim edir. Qeyd edək ki, bu proqnozlar namizədlərin təbliğat-təşviqat kampaniyasının gedişi və müşahidələrimizin nəticələrinə əsaslanır.

11 saylı Binəqədi-Qaradağ seçki dairəsi namizədlərin çoxluğu (12 diqqəti cəlb edir.

Onlardan 5 nəfər siyasi partiyaların nümayəndələri, 7 nəfər isə bitərəflərdir. Burada əsas mübarizənin elə 5 siyasi partiyanın YAP, VHP, ƏHD, MCP və MMP-nin nümayəndələri arasında gedəcəyi gözlənilir. Qeyd edək ki, bu dairədən hakim partiyanın namizədi ötən seçkidə deputat seçilmiş Səbinə Xasayevadır.


12 saylı Xəzər birinci Seçki Dairəsindən isə namizədlərin sayı daha çoxdur - 13 nəfər. Amma buna baxmayaraq, buradan cəmi 2 siyasi partiya - YAP və Müsavat müvafiq olaraq, Pərvanə Piriyeva və Almaz Məmmədovanın namizədliyini irəli sürüblər. Ötən dəfə 14 saylı Xəzər dairəsindən namizəd olan və deputat seçilən Soltan Məmmədov da bu dairədən namizədliyini irəli sürüb. Dairədə əsas mübarizə adı çəkilən 3 nəfər arasında gedəcək.

13 saylı Xəzər ikinci Seçki Dairəsindən deputat mandatı uğrunda mübarizəyə 10 nəfər qoşulub. Onlardan 4-ü siyasi partiyaların (YAP, Ağ Partiya, Ümid və MCP) namizədləri, digərləri isə bitərəflərdir. Maraqlıdır ki, bu dairədən namizədliyini sürənlər arasında son seçkidə deputat seçilən şəxslərdən heç biri yoxdur. 13 saylı Xəzər ikinci Seçki Dairəsində hakim YAP-ın namizədi isə orta məktəbdə müəllim işləyən Cəlayir Əliyevdir. Bu dairədə əsas mübarizənin , Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva, “İçərişəhər” Muzey Mərkəzinin şöbə müdiri Turan Həsənova, estetik cərrah, MCP-nin namizədi Mirəzim Zaidov və Ağ Partiya sədrinin müavini Əhəd Məmmədli arasında gedəcəyi gözlənilir.




14 saylı Xəzər-Pirallahı Seçki Dairəsində isə 7 namizəd qeydə alınıb. Onların 1-i hakim YAP-ın namizədi, qalanları bitərəflərdir. Namizədlərdən YAP-ın namizədi də daxil olmaqla 4-ü müəllim, 3-ü işsizdir. Bu dairədə əsas mübarizənin Yazıçı Elçin Əfəndiyevin qızı Günay Əfəndiyeva ilə YAP-ın namizədi arasında olacağı gözlənilir.


15 saylı Yasamal birinci Seçki Dairəsindən isə seçki marafonuna 10 namizəd qatılıb. Onlardan 4-ü siyasi partiyaların (YAP, ƏP, VHP, Ümid) namizədi,6-sı bitərəfdir. Ötən seçkidə Yasamalı Milli Məclisdə təmsil edən bitərəf Ülvi Quliyev də bu dairədən namizədliyini irəli sürüb. Bu dairədə onun ən ciddi rəqibləri YAP-dan olan namizəd - Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının şöbə müdiri Əli Quliyev və Ümid Partiyasının namizədi Taleh Əliyevdir. Buna baxmayaraq, Ülvi Quliyevin qələbə qazanmaq şansı daha böyük hesab olunur.



16 saylı Yasamal ikinci Seçki Dairəsində isə 9 namizəddən 3-ü siyasi partiyaların (YAP, AMİP və REAL) təmsilçisi, digərləri bitərəflərdir. Əsas mübarizənin 3 siyasi partiya təmsilçisi arasında gedəcəyi gözlənilir, onlardan ən şansılısı REAL-ın namizədi, ötən dəfə Yasamaldan deputat seçilmiş Erkin Qədirlidir.

17 saylı Yasamal üçüncü Seçki Dairəsində 9 namizəddən 4-ü (YAP, Müsavat, AVP və ƏP) siyasi partiya mənsubu, 5-i bitərəfdir. Bu dairədə əsas mübarizə siyasi partiya təmsilçiləri - Zaman Məmmədov(YAP), Nüşabə Sadıxlı(Müsavat) və bitərəf namizədlərdən Göydəniz Qəhrəmanovla Aydın Əbilov arasında gedəcək.



18 saylı Nərimanov-Nizami-Binəqədi Seçki Dairəsində 9 namizəddən yalnız 2-ci siyasi partiya (YAP və Ümid) təmsilçisidir. Lakin bu dairədə ən şanslı namizəd politoloq, sabiq deputat Rasim Musabəyovdur.

19 saylı Nərimanov birinci Seçki Dairəsindən 6 nəfərin (4 partiya təmsilçisi, 2 bitərəf) namizədliyi qeydə alınıb. Bu dairədə YAP-ın namizədi Hikmət Məmmədovun qələbə qazanacağı o qədər də şübhə doğurmur.

20 saylı Nərimanov ikinci Seçki Dairəsində 8 namizəddən 3-ü siyasi partiya (YAP, Ağ Partiya, DİP) mənsubu, 5 bitərəfdir. Bitərəflərdən biri işsizdir, 1-i bələdiyyə, 3-ü isə biznes sahəsində çalışır. Bu dairədən ən şanslı namizəd YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev hesab olunur.


Zaur
BakuPost
Şərhlər
  • Hidayət

    Bu boş yazıların mənası varmı? Hansı seçkidən,hansı mübarizədən söhbət gedir?Mandat veriləcək şəxslərin siyahisi çoxdan MSK-ya verilib.Bəlkə mandatlar da çap olunub.Bu baş aldatması kim gərəkdir7

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar