Ru
14:48 / 22 Fevral 2025

Binəqədidə yanğın: 2 nəfər tüstüdən zəhərləndi

Binəqədidə yanğın: 2 nəfər tüstüdən zəhərləndi
1019

Bakı şəhərinin Binəqədi qəsəbəsində ümumi sahəsi 50 m² (hər mərtəbəsi 25 m²) olan ikimərtəbəli 3 otaqlı evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə yanıb.

Bu barədə Bakupost.az -a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Hacıqabul rayonunun Pirsaat qəsəbəsində "İveco" markalı yük avtomobilinin qoşqusunun (qoşqu sürücü tərəfindən avtomobildən ayrılıb) 4 ədəd təkəri yanıb.

Qoşqunun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar