Hansı bank etibarlıdır? - SORĞU
Ru
13:13 / 28 Oktyabr 2024

Binokl diplomatiyası: Azərbaycan əleyhinə kəşfiyyat məlumatları toplanır

589
Azərbaycan-Aİ münasibətlərində növbəti gərginlik yaşanır. Oktyabrın 22-də Avropa Parlamentində müzakirələr zamanı iş yerləri və sosial hüquqlar üzrə Avropa komissarı Nikolas Şmit Azərbaycan əleyhinə bəyanat səsləndirib.


Rəsmi Bakı onun bəyanatında yer alan fikirləri qəbuledilməz saydığını və rədd etdiyini açıqlayıb. Bildirilib ki, Komissarın Avropa Xarici Fəaliyyət Xidməti (AXFX) tərəfindən hazırlanan bu bəyanatı reallıqdan tamamilə uzaqdır və Azərbaycanın daxili işlərinə növbəti uğursuz müdaxilə cəhdidir.





Məsələyə münasibət bildirən politoloq Elşən Manafov Bakupost.az -a bildirib ki, Avropa İttifaqının Azərbaycanla münasibətlərindəki bəlli məqamlar kollektiv Qərbin regionla baglı geosiyasi maraqlarından irəli gəlir. Rusiya faktoruna münasibətdə olduğu kimi, bölgəyə münasibətdə də Aİ müstəqil siyasət sərgiləyə bilmir, daha çox ABŞ siyasətinin yedəyində gedir:

"Rusiyaya qarşı sanksiyalar Aİ ölkələrinin iqtisadi maraqlarına zidd olsa da, İttifaq ölkələri ABŞ-ın tələbi ilə bu sanksiyalara qoşulub ucuz Rusiya qazından məhrum olublar. Əvəzində ABŞ-ın sıxılmış qazını baha qiymətə almaq məcburiyyətində qalıblar. Təəssüf ki, Azərbaycana münasibətdə də Aİ ABŞ-ın müəyyən etdiyi çərçivədən kənara çıxa bilmir. Əvvəla, Aİ-nin tərkibindəki bəzi ölkələr, ilk növbədə Fransa Ermənistanı silahlandırmaqla bölgədə eskalasiyanın güclənməsinə çalışır. Aİ-nin Ermənistanda ilk baxışda mülki şəxslərdən ibarət olan müşahidə missiyasi Azərbaycanla sərhəd xəttində monitorinqlərin aparılması ilə bağlı əvvəllər əldə edilmiş razılıqların şərtlərini pozaraq əslində ölkəmizə qarşı pozuculuq işləri aparır, "binokl diplomatiyası" münasibətlərdəki problemlərin siyasi yolla tənzimlənməsinə deyil, Qərbin xüsusi xidmət orqanlarının xeyrinə kəşfiyyat materialları toplamaqla məşğuldur".

Politoloq vurğulayıb ki, Avropanın enerji təhlükəsizliyinə həmişə töhfə verən bir dövlətlə münasibətlərin belə bir zəmində aparılması, Ermənistanla sülh danışıqlarına kollektiv Qərbin maraqları prizmasından olan yanaşma Qərbdə bəlli dairələrin Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilməməsindən irəli gəlir. Aİ ABŞ-la birlikdə Azərbaycanın Orta dəhlizlə bağlı məsələdə məhz Qərbin maraqlarını nəzərə alması konteksindən çıxış edir. Onlar rəsmi Bakının Qərbin Rusiyaya qarşı yönəlmiş məlum layihələrinə dəstək verməsini, bölgənin geosiyasi konfiqurasiyasına dair kollektiv Qərbin baxışlarını bölüşməsini istəyir:


“Qərbin regional siyasətlə bağlı mövqeyinə rəsmi Bakının fərqli yanaşma tərzi əlbəttə, onu qıcaqlandırır. Azərbaycana qarşı artan təhdidlərin səbəbi də budur".


Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar