Ru
17:26 / 25 Aprel 2025

Bir ay geridə qaldı: İmamoğlu həbsxana kamerasını çəkdi - FOTO

Bir ay geridə qaldı: İmamoğlu həbsxana kamerasını çəkdi - FOTO
Eye

CHP-nin prezidentliyə namizədi və vəzifəsindən uzaqlaşdırılan İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu Silivri Həbsxanasındakı ilk ayını tamamladı. Bir ay həbsdə olan Əkrəm İmamoğlu saxlandığı kameranı çəkib.

Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu saxlandığı Silivridəki Mərmərə Qapalı Həbsxanasındakı kamerasını çəkib. Rəngli rəsm İmamoğlunun sosial media hesabında paylaşılıb.

“Bütün Türkiyəyə çağırışımı bir daha təkrar edirəm. Mayın 19-na qədər Türk Bayrağımız evlərdə, iş yerlərində, kəndlərdə, şəhərlərdə, avtomobillərdə, telefonlarda olsun”, – deyə Əkrəm İmamaoğlu qeyd edib.

İmamoğlu rəsmlə birlikdə bu qeydi də paylaşıb: “Otağımı mən çizdim, dostlarım çəkdi. Şanlı bayrağımız hücrəmin divarında asılıb. Bütün Türkiyəyə səsimi bir daha bildirirəm. Mayın 19-na qədər türk bayrağımız evlərdə, iş yerlərində, kəndlərdə, şəhərlərdə, maşınlarda, telefonlarda olsun. Milli suverenliyimizin simvolu hər yerdə olsun”.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar