Ru
09:39 / 11 Aprel 2025

"Bir də gördüm ki, uçuram" - Qəza törədən taksidəki qadın danışdı - VİDEO

"Bir də gördüm ki, uçuram" - Qəza törədən taksidəki qadın danışdı - VİDEO
Eye

Gündəmi zəbt edən avtomobil qəzası ilə bağlı bəzi detallar məlum olub.

Bakupost.az xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan Anar Nəcəfov metronun "Bakmil" stansiyası yaxınlığından sərnişin götürərək yüksək sürətlə hərəkət edib. O, avtomobili əvvəlcə körpünün beton dirəklərinə çırpıb, daha sonra isə prospektin əsas hissəsinə düşüb.


Məlumata əsasən, Sevda Həşimova proqram vasitəsilə taksi sifariş edib. Anar Nəcəfov isə onu götürərək nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməyə başlayıb.

Qəza zamanı xəsarət alan sərnişin Sevda Həşimova hadisə ilə bağlı ARB TV-yə açıqlama verib:

"Avtomobilə yeni minmişdim ki, sürücü qəribə səslər çıxarmağa başladı və qəfil ayağını qaza basdı. Hələ çox getməmişdik ki, birdən-birə özümü havada hiss etdim".



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar