Ru
10:20 / 22 Aprel 2025

Bir neçə gün yuxuda olan məktəbli qız xilas edildi

Bir neçə gün yuxuda olan məktəbli qız xilas edildi
Eye

Rusiyanın Moskva vilayətində həkimlər bir neçə gün yuxuda olan yeniyetmə qızı xilas ediblər.

Bu barədə Moskva Regional Ana və Uşaqların Müdafiəsi Mərkəzinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, ailə üzvləri gün ərzində qızı oyada bilməyiblər. Uşaq təcili olaraq xəstəxanaya yerləşdirilib.

Həkimlər bütün lazımi müayinələri aparıblar, lakin nə zəhərlənmə, nə də beyin zədəsi aşkar olunub. Bir neçə gün ərzində həkimlər mərkəzi sinir sistemini stimullaşdırmağa yönəlmiş terapiya aparıblar və yalnız bundan sonra qız ayılıb.

Rusiyalı psixiatr Kristina Şkuratovanın sözlərinə görə, ətraflı müayinə zamanı ciddi affektiv pozğunluq aşkarlanıb. Məktəbdəki stres və şəxsi problemlər səbəbindən yeniyetmənin səhhəti pisləşib. Müalicədən sonra qız evə buraxılıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar