Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:06 / 23 Oktyabr 2024

Bir şəhər və iki rayona prokurorlar təyin olundu

807
Baş prokuror yeni təyinatlarla bağlı əmrlər imzalayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bakupost.az -a verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Rauf Gözəlov Gəncə şəhər prokuroru vəzifəsinə təyin edilib.

Rauf Gözəlov bu təyinata qədər Qazax rayon рrоkuroru vəzifəsində çalışıb.

Baş prokurorun digər müvafiq əmri ilə Azad Qarayev Lənkəran rayon prokuroru vəzifəsinə təyin edilib.

Azad Qarayev bu təyinata qədər Gəncə şəhər prokuroru vəzifəsində çalışıb.

Həmçinin, Kamran Əliyevin digər müvafiq əmrinə əsasən Rövşən Əliyev Qazax rayon prokuroru vəzifəsinə təyin edilib.

Rövşən Əliyev bu təyinata qədər Bakı şəhər prokurorluğunun Təşkilat və icraya nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar