Dünyanın müxtəlif ölkələrində, həmçinin bəzi sovet ölkələrində elmlər doktoru dərəcəsi almaq üçün birpilləli sistemə keçid edilib.
Bakupost.az Modern.az-a istinadən bildirir ki,bunu sabiq təhsil naziri Misir Mərdanov deyib.
O qeyd edib ki, həmin ölkələrdə elmlər doktoru adı almaq üçün bir dəfə müdafiə keçirilir: "Ancaq bizdə, Rusiyada və bir neçə digər ölkədə ikipilləli sistem qalır. Mənim fikrimcə, dünyaya inteqrasiya olmaq istəyiriksə, gələcəkdə birpilləli müdafiə sisteminə keçmək və müəyyən prosedurları da sadələşdirmək olar”.
M.Mərdanovun sözlərinə görə, müdafiənin birpilləli şəkildə keçirildiyi ölkələrdə isə professorluq, dosentlik məsələlərində çox ağır tələblər var:
“Ona görə də bu dəqiqə demək olmaz ki, bunların hansı yaxşı, hansı pisdir. Hər halda dünya praktikası ilə gedəcəyiksə, yaxın gələcəkdə birpilləli dissertasiya müdafiə sisteminə keçmək olar”.