Ru
00:33 / 18 İyul 2024

Birtəkərli velosipedi ilə ölkəni gəzdi – Yeni rekord

4878
Ginnesin Rekordlar kitabına yeni titul əlavə edilib.

Bakupost.az xəbər verir ki, İmonn Kivni 1 həftə ərzində birtəkərli velosipedi idarə etməyi öyrənib, ilk başda o, bu nəqliyyat vasitəsilə heç 100 km də sürə bilmirdi.

Lakin indi o, ikinci titulunu qazanıb. Bİrtəkərli velosipeddə 5 gün ərzində bütün İrlandiya ərazisini qət edib.
2016-cı ildə Kivni 10 günə ayaqyalın dağa qalxması ilə rekord vurmuşdu.

“Günün sonu mənim üçün ən çətini idi. Çünki təkəri fasiləsiz fırlatmaq lazım idi, mənim ovuclarım və ayaqlarım şişirdi. Mən səfərə başlayanda velosipedçilər qrupu məni ötüb keçdi. Amma mən dedim ki, onları ötəcəm. Mən birtəkərlə onlardan sürətli sürdüm”.

Aygün M
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar