Hansı bank etibarlıdır? - SORĞU
Ru
17:31 / 27 Noyabr 2024

Bitkoinin qiyməti 740 min dollara çatacaq?

556

“Pantera Capital”ın qurucusu Dan Morhed, Donald Trampın "Blokçeyn"ə dost yanaşma siyasətləri ilə bitkoinin (BTC) yüksəliş trendini davam etdirəcəyini proqnozlaşdırır.

Bakupost.az xəbər verir ki, Morhed bitkoinin 2028-ci ilə qədər 740.000 dollara çatacağını və bazar dəyərinin 15 trilyon dollara yüksələcəyini bildirir.

Kriptovalyuta sektorunun aparıcı investisiya şirkətlərindən biri olan “Pantera Kapital” bitkoin üçün diqqətəlayiq bir proyeksiya yayımlayıb. Şirkət, 2013-cü ildə bitkoin yalnız 65 dollar olduğu dövrdə başladığı investisiya fondu ilə rekord qazanc əldə edib. Dan Morhedin sözlərinə görə, bitkoin illik 88%-lik artım tempi ilə irəliləyərək, 2028-ci ildə 740.000 dollara çata bilər.

İnvestisiya dünyasındakı müsbət ab-hava, bitkoinin son dövrlərdə bütün zamanların ən yüksək səviyyələrinə çatmasına imkan yaradıb. Tramp administrasiyasının "Blokçeyn" texnologiyasına qarşı müsbət yanaşması, sektorda tənzimləmə aydınlığının artacağına dair gözləntiləri gücləndirir.

Morhed bitkoini "qızıldan sonra ilk qlobal valyuta" və "ilk sərhədsiz ödəniş sistemi" kimi xarakterizə edir. Hazırda təxminən 2 trilyon dollarlıq bazar dəyəri ilə bitkoin, Meta şirkətini geridə qoyaraq dünyanın ən böyük altıncı aktivinə çevrilib.

Rəhman Mirzəlizadə, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar