Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Co Baydenin "Rusiya Ukraynada dayanmayacaq” sözlərini şərh edərkən Amerika liderinin dəliliyinə eyham vurub.
Bakupost.az xəbər verir ki, bu barədə Life.ru bildirib.
Nəşrin əməkdaşı ilə söhbətində Rusiyanın baş diplomatı bildirib ki, Ağ Ev sahibinin bu bəyanatı Rusiya prezidenti Vladimir Putinin ölkəsinin heç kimə hücum etmək fikrində olmadığı barədə bəyanatı ilə ziddiyyət təşkil edir.
“Axı, biz dedik ki, dəli deyilik. Bu o deməkdir ki, kim buna inanmırsa, o...” - deyən Lavrov sözünün ardını gətirməyib.
Bundan əvvəl irlandiyalı jurnalist Çarlz Bouz "Putin məni qırx ildir narahat edir" deyən Baydeni kəskin tənqid edib. Köşə yazarı Baydeni "ağlını itirmiş demokrat" adlandırıb və onun yenə səhv etdiyini bildirib. Bouz xatırladıb ki, Putin 40 il əvvəl KQB zabiti olub, Bayden isə o zaman prezident seçkilərində sonuncu yeri tutub.
Zaur
BakuPost